Размер шрифта

Интервал между символами

Цветовая схема

Изображения

ОБЫЧНАЯ ВЕРСИЯ САЙТА

Xocalı soyqırımından 34 il ötür

26 Февраля, 2026

Xocalı soyqırımı

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri, Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur.

1991-ci ilin sonu və 1992-ci ilin əvvəlində Ermənistan-Azərbaycan münaqişəsi hərbi mərhələyə qədəm qoydu. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranan siyasi qeyri-sabitlikdən yararlanan Ermənistan xarici hərbi yardımlardan istifadə edərək Dağlıq Qarabağda döyüş əməliyyatlarına başladı.

Xocalı şəhəri Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. İşğaldan əvvəl rayonda onlarla mədəniyyət müəssisələri, muzeylər, məktəblər, poliklinikalar və xəstəxanalar, kənd təsərrüfatı və sənaye müəssisələri, eləcə də digər ictimai təşkilatlar fəaliyyət göstərirdi. Xocalıda iki ibtidai və iki orta məktəb, həmçinin toxuculuq fabriki vardı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının fəal dəstəyi ilə erməni silahlı birləşmələri silahsız və müdafiəsiz Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alındı, daha sonra Xocalı ağır artilleriya və hərbi texnika ilə amansızcasına atəşə tutuldu. Qısa müddət ərzində şəhərdə yanğın baş verdi və Xocalı tamamilə alovlara büründü. Fevralın 26-sı səhər saat 5 radələrində şəhər erməni silahlı qüvvələri tərəfindən ələ keçirildi.

Hücum başladıqdan sonra şəhərdə qalan 2.500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Lakin onların ümidləri boşa çıxdı. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdir.

Nəticədə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1.275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bugünədək naməlum qalıb. Faciə zamanı 487 nəfər Xocalı sakini şikəst edildi və onlardan 76 uşağın isə hələ heç yaşı tamam olmamışdı. 6 ailə tamamilə məhv edildi, 26 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vururaq öldürüldü.

Erməni rəsmiləri münaqişə zamanı Xocalı əhalisinə qarşı törətdikləri də daxil olmaqla, münaqişə zamanı törətdikləri cinayət faktlarını saxtalaşdırmaqla və öz versiyalarını uydurmaqla nəinki reallıqdan tamamilə uzaq olan həm də sadə məntiqə sığmayan şərhlər verməklə öz iştiraklarını inkar edirlər. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əlində olan məlumatlardan əlavə, Ermənistanın məsuliyyəti və iştirakı bu faciənin şahidləri və bir sıra azad mənbələr tərəfindən sənədləşdirilib.

Xocalı soyqırımı hər il fevralın 26-da Azərbaycanda və dünyada anım tədbirləri və yürüşlərlə qeyd olunur. Bakıda "Ana harayı" abidəsinə ziyarət təşkil edilir, günorta saatlarında isə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Şəhidlərin ruhuna dualar oxunur, sərgilər və konfranslar keçirilir. Ölkə rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhidlərin xatirəsini ehtiramla yad edir. Məktəblərdə və universitetlərdə xüsusi dərslər, sərgilər və sənədli filmlərin nümayişi təşkil olunur. Dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diasporları Xocalı həqiqətlərini tanıtmaq üçün aksiyalar təşkil edir.

Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Xocalı soyqırımı Meksika, Pakistan İslam Respublikası, Kolumbiya Respublikası, Çexiya Respublikası, Bosniya və Herseqovina, İordaniya Haşimilər Krallığı, Panama Respublikası, Peru Respublikası, Honduras Respublikası, Qvatemala Respublikası, Sudan Respublikası, Sloveniya Respublikası, İndoneziya Respublikası, Paraqvay Respublikası, Cibuti Respublikası və Şotlandiya tərəfindən tanınıb.

Bundan əlavə, Arizona, Arkanzas, Konnektikut, Florida, Corciya, Havay, Aydaho, İndiana, Men, Massaçusets, Minnesota, Missisipi, Montana, Nebraska, Nyu-Cersi, Nevada, Nyu-Meksiko, Oklahoma, Pensilvaniya, Tennessi, Texas, Yuta, Qərbi Virciniya və Viskonsin daxil olmaqla, ABŞ-ın 24 ştatı Xocalı soyqırımını tanıyıb və pisləyib.

Xocalı soyqırımı həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən də tanınıb və son 10 ildə keçirilən konfrans və sessiyalarında 13 qətnamə və kommunike qəbul edib.

Ходжалинский геноцид

Одним из самых трагических и беспрецедентных событий в истории армяно-азербайджанского конфликта в Нагорном Карабахе, начавшегося в 1988 году, стал геноцид в Ходжалы, одном из старейших населенных пунктов Карабаха.

В конце 1991 и начале 1992 года армяно-азербайджанский конфликт перешел в военную фазу. Воспользовавшись политической нестабильностью, возникшей в результате распада Советского Союза и внутренних конфликтов в Азербайджане, Армения начала военные операции в Нагорном Карабахе, используя иностранную военную помощь.

Город Ходжалы расположен в 14 км к северо-востоку от города Ханкенди. До оккупации в районе действовали десятки учреждений культуры, музеев, школ, поликлиник и больниц, сельскохозяйственных и промышленных предприятий, а также других общественных организаций. В Ходжалы находились две начальные и две средние школы, а также текстильная фабрика.

В ночь с 25 на 26 февраля 1992 года армянские вооруженные формирования, при активной поддержке 366-го мотострелкового полка бывшего СССР, дислоцированного в Ханкенди, атаковали мирный город Ходжалы. Населенный пункт оказался в полном окружении, после чего подвергся интенсивному артиллерийскому обстрелу. В считаные часы город охватило пламя, и к утру 26 февраля он был захвачен армянскими оккупантами.

После начала наступления около 2.500 жителей города попытались покинуть его, чтобы добраться до ближайшего населенного пункта, находящегося под контролем Азербайджана. Однако их надежды оказались тщетными. Покинувшее город население попало в засаду и либо было расстреляно армянскими военнослужащими вблизи сел Нахчиванлы и Пирджамал, либо было взято в плен. Большая часть людей, ослабевших и истощенных в заснеженных перевалах и лесах, была истреблена армянскими вооруженными силами с особой жестокостью.

В результате погибло 613 человек, в том числе 106 женщин, 63 ребенка и 70 пожилых. В заложники были взяты 1275 жителей, судьба 150 из них до сих пор неизвестна. В ходе трагедии 487 жителей Ходжалы получили увечья, 76 из них — дети, не достигшие года. 6 семей были полностью разрушены, 26 детей потеряли обоих родителей, а 130 детей — одного из родителей. 56 человек были зверски убиты — сожжены заживо, обезглавлены, им были выколоты глаза, а беременные женщины были убиты штыками в живот.

Армянские чиновники отрицают свою причастность к данным событиям, фальсифицируя факты совершенных ими преступлений во время конфликта, включая преступления против населения Ходжалы, придумывая собственные версии и делая заявления, которые не только совершенно далеки от реальности, но и противоречат элементарной логике. Помимо информации, находящейся в руках правоохранительных органов Азербайджанской Республики, ответственность и причастность Армении к данной трагедии задокументированы свидетелями и рядом независимых источников.

Годовщина Ходжалинского геноцида ежегодно отмечается 26 февраля в Азербайджане и по всему миру памятными мероприятиями и маршами. Руководство страны и представители общественности чтят память жертв Ходжалинского геноцида. Организуется посещение памятника «Крик матери» в Баку, а в полдень соблюдается минута молчания в память о жертвах трагедии. Читаются молитвы за души мучеников, проводятся выставки и конференции. В школах и университетах организуются специальные уроки, выставки и показы документальных фильмов. Азербайджанские диаспоры в разных странах мира организуют акции по распространению правды о Ходжалинском геноциде.

Ходжалинская трагедия стоит в одном ряду с трагедиями в Хатыне и Хиросиме – самыми ужасными и жестокими трагедиями 20-го века.

Геноцид в Ходжалы признан Мексикой, Исламской Республикой Пакистан, Республикой Колумбия, Чешской Республикой, Боснией и Герцеговиной, Иорданским Хашимитским Королевством, Республикой Панама, Республикой Перу, Республикой Гондурас, Республикой Гватемала, Республикой Судан, Республикой Словения, Республикой Индонезия, Республикой Парагвай, Республикой Джибути и Шотландией.

Кроме того, 24 штата США признали и осудили Ходжалинский геноцид, включая Аризону, Арканзас, Коннектикут, Флориду, Джорджию, Гавайи, Айдахо, Индиану, Мэн, Массачусетс, Миннесоту, Миссисипи, Монтану, Небраску, Нью-Джерси, Неваду, Нью-Мексико, Оклахому, Пенсильванию, Теннесси, Техас, Юту, Западную Вирджинию и Висконсин.

Ходжалинский геноцид также признан Организацией исламского сотрудничества, которая приняла 13 резолюций и коммюнике на своих конференциях и сессиях за последние 10 лет.

Khojaly genocide

One of the most tragic and unprecedented events in the history of the Armenian-Azerbaijani conflict in Nagorno-Karabakh, which began in 1988, was the genocide in Khojaly, one of the oldest settlements in Karabakh.

In late 1991 and early 1992, the Armenian-Azerbaijani conflict escalated into a military phase. Taking advantage of the political instability resulting from the collapse of the Soviet Union and internal conflicts in Azerbaijan, Armenia launched military operations in Nagorno-Karabakh, using foreign military assistance.

The town of Khojaly is located 14 km northeast of the city of Khankendi. Before the occupation, dozens of cultural institutions, museums, schools, clinics and hospitals, agricultural and industrial enterprises, and other public organizations operated in the district. Khojaly housed two primary and two secondary schools, as well as a textile factory.

In the early hours of February 26, 1992, Armenian armed forces, with the active support of the 366th Motorized Rifle Regiment of the former USSR stationed in Khankendi, attacked the peaceful town of Khojaly. The settlement was completely surrounded and subsequently subjected to intense artillery shelling. In a matter of hours, the town was engulfed in flames, and by the morning of February 26 it was captured by Armenian occupiers.

After the offensive began, approximately 2,500 local residents attempted to flee the town to reach the nearest Azerbaijani-controlled settlement. However, their hopes were in vain. Those fleeing the town were ambushed and either shot by Armenian troops near the villages of Nakhchivanli and Pirjamal or taken prisoner. Most of the people, weakened and exhausted in the snow-covered passes and forests, were brutally exterminated by Armenian armed forces.

As a result, 613 people were killed, including 106 women, 63 children, and 70 elderly. A total of 1,275 residents were taken hostage, and the fate of 150 of them remains unknown. During the tragedy, 487 Khojaly residents were maimed, 76 of whom were children under one year of age. Six families were completely destroyed, 26 children lost both parents, and 130 children lost one parent. Fifty-six people were brutally murdered – burned alive, beheaded, had their eyes gouged out, and pregnant women were bayoneted in the stomach.

Armenian officials deny their involvement, falsifying the facts of crimes committed during the conflict, presenting distortions and unfounded statements that are not only completely untrue but also defy basic logic. In addition to Azerbaijani law-enforcement records, testimonies from witnesses and independent sources corroborate Armenia’s responsibility and involvement.

Every year on February 26, the anniversary of the Khojaly genocide is marked with memorial events and marches both in Azerbaijan and around the world. The country's leadership and members of the public honor the memory of the victims of the Khojaly genocide. Visits are organized to the "Mother's Cry" monument in Baku, and a minute of silence is observed at noon in memory of the victims of the tragedy. Prayers are read for the souls of the martyrs, and exhibitions and conferences are held. Schools and universities organize special lessons, exhibitions, and documentary film screenings. Azerbaijani diasporas around the world organize events to disseminate the truth about the Khojaly genocide.

The Khojaly genocide is often cited alongside the Khatyn and Hiroshima tragedies as some of the gravest in the 20th century. The Khojaly genocide is recognized by Mexico, the Islamic Republic of Pakistan, the Republic of Colombia, the Czech Republic, Bosnia and Herzegovina, the Hashemite Kingdom of Jordan, the Republic of Panama, the Republic of Peru, the Republic of Honduras, the Republic of Guatemala, the Republic of Sudan, the Republic of Slovenia, the Republic of Indonesia, the Republic of Paraguay, the Republic of Djibouti, and Scotland.

Additionally, 24 US states have recognized and condemned the Khojaly genocide, including Arizona, Arkansas, Connecticut, Florida, Georgia, Hawaii, Idaho, Indiana, Maine, Massachusetts, Minnesota, Mississippi, Montana, Nebraska, New Jersey, Nevada, New Mexico, Oklahoma, Pennsylvania, Tennessee, Texas, Utah, West Virginia, and Wisconsin.

The Khojaly genocide has also been recognized by the Organization of Islamic Cooperation, which has adopted 13 resolutions and communiqués at its conferences and sessions over the past 10 years.