Azərbaycanda hər il noyabrın 17-də Milli Dirçəliş Günü qeyd olunur. Bu bayram 1988-ci ilin noyabr ayında Bakıda başlayan və Azərbaycan xalqının milli azadlıq, müstəqillik və dövlət suverenliyi uğrunda mübarizəsi tarixində ən mühüm mərhələlərdən birinə çevrilən kütləvi xalq hərəkatının hadisələrinə həsr olunub.
Həmin dövrdə Azərbaycan ciddi siyasi və ictimai böhran yaşayırdı. Dağlıq Qarabağ ətrafında erməni-azərbaycanlı münaqişəsinin kəskinləşməsi, Ermənistanın ərazi iddiaları və azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əhali arasında dərin narazılıq doğurmuşdu. Sovet rəhbərliyinin Azərbaycan əhalisinin hüquq və təhlükəsizliyinin müdafiəsi üçün təsirli tədbirlər görməməsi də xüsusi narazılığa səbəb olurdu.
1988-ci il noyabrın 17-də Bakının və respublikanın digər bölgələrinin minlərlə sakini Lenin meydanına (indiki Azadlıq meydanı) toplaşdı və burada fasiləsiz kütləvi mitinq başladı. İştirakçılar sovet rəhbərliyinin Azərbaycana qarşı ayrı-seçkilik siyasətinə, Ermənistanın ərazi iddialarına və Azərbaycana qarşı ədalətsiz münasibətə etiraz edirdilər. Tədricən mitinq cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini birləşdirən geniş milli hərəkat xarakteri aldı. Meydanda milli maraqların müdafiəsi, tarixi ədalətin bərpası və Azərbaycan xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququnun təmin olunması ilə bağlı çağırışlar səslənirdi.
1988-ci ilin noyabr–dekabr hadisələri Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edirdi. Bu hadisələr milli özünüdərkin oyanmasına, milli birlik hissinin möhkəmlənməsinə və azadlıq və müstəqillik uğrunda geniş hərəkatın formalaşmasına təkan verdi. Tədricən hərəkat iştirakçılarının tələbləri respublikanın ərazi bütövlüyünün müdafiəsi çərçivəsindən kənara çıxaraq daha geniş xarakter aldı və müstəqil Azərbaycan dövlətçiliyinin bərpası ideyasını da əhatə etməyə başladı.
1990-cı il noyabrın 17-də, xalq hərəkatının başlanmasından iki il sonra, Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyası keçirildi. Sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı muxtar respublikanın rəsmi bayrağı kimi bərpa olundu. Bu hadisə də milli dövlətçiliyin dirçəlişinin mühüm rəmzinə çevrildi.
1992-ci ildə noyabrın 17-si rəsmi olaraq Azərbaycanın Milli Dirçəliş Günü elan edildi. Bu gün ölkənin milli təqvimində xüsusi yer tutur. O, çətin tarixi dövrdə milli kimliyini, ləyaqətini, ərazi bütövlüyünü və müstəqil dövlət kimi inkişaf etmək hüququnu müdafiə etmək üçün ayağa qalxmış Azərbaycan xalqının cəsarətini, qətiyyətini və birliyini xatırladır.
Milli Dirçəliş Günü Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını simvolizə edir və xalqın azadlıq və müstəqillik arzusunun 1991-ci ildə Azərbaycan dövlətçiliyinin bərpasının əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyini xatırladır.
17 ноября – День национального возрождения Азербайджана
17 ноября в Азербайджане ежегодно отмечается День национального возрождения. Этот праздник посвящен событиям ноября 1988 года, когда в Баку началось массовое народное движение, ставшее одним из важнейших этапов в истории борьбы азербайджанского народа за национальную свободу, независимость и государственный суверенитет.
В этот период Азербайджан переживал серьезный политический и общественный кризис. Обострение армяно-азербайджанского конфликта вокруг Нагорного Карабаха, территориальные претензии Армении и массовая депортация азербайджанцев из Армении вызвали глубокое возмущение среди населения. Особое недовольство вызывала позиция советского руководства, которое не предпринимало эффективных мер для защиты прав и безопасности азербайджанского населения.
17 ноября 1988 года тысячи жителей Баку и других регионов республики собрались на площади Ленина (ныне площадь Азадлыг), где начался непрерывный массовый митинг. Участники выступали против антиазербайджанской политики советского руководства, территориальных притязаний Армении и несправедливого отношения к Азербайджану. Постепенно митинг приобрел характер широкого национального движения, объединившего представителей различных социальных слоев общества. На площади звучали призывы к защите национальных интересов, восстановлению исторической справедливости и обеспечению права азербайджанского народа самостоятельно определять свое будущее.
События ноября–декабря 1988 года имели огромное историческое значение для Азербайджана. Они способствовали пробуждению национального самосознания, укреплению чувства национального единства и формированию широкого движения за свободу и независимость. Постепенно требования участников движения вышли за рамки защиты территориальной целостности республики и приобрели более широкий характер, включив идею восстановления независимой азербайджанской государственности.
17 ноября 1990 года, спустя два года после начала народного движения, в Нахчыванской Автономной Республике под председательством Гейдара Алиева состоялась сессия Верховного Совета, на которой был восстановлен трехцветный государственный флаг Азербайджанской Демократической Республики в качестве официального флага автономии. Это событие также стало важным символом возрождения национальной государственности.
В 1992 году 17 ноября было официально объявлено Днем национального возрождения Азербайджана. Сегодня эта дата занимает особое место в национальном календаре страны. Она напоминает о мужестве, решимости и единстве азербайджанского народа, который в сложный исторический период выступил в защиту своей национальной идентичности, достоинства, территориальной целостности и права на независимое государственное развитие.
День национального возрождения символизирует начало нового этапа в современной истории Азербайджана и служит напоминанием о том, что стремление народа к свободе и независимости стало одной из главных движущих сил восстановления азербайджанской государственности в 1991 году.
17 November – National Revival Day of Azerbaijan
National Revival Day is celebrated in Azerbaijan every year on 17 November. The holiday commemorates the events of November 1988, when a mass popular movement began in Baku, becoming one of the most important stages in the history of the Azerbaijani people's struggle for national freedom, independence, and state sovereignty.
During this period, Azerbaijan was experiencing a serious political and social crisis. The escalation of the Armenian-Azerbaijani conflict over Nagorno-Karabakh, Armenia's territorial claims, and the mass deportation of Azerbaijanis from Armenia caused widespread public indignation. Particular dissatisfaction was directed at the position of the Soviet leadership, which failed to take effective measures to protect the rights and security of the Azerbaijani population.
On 17 November 1988, thousands of residents of Baku and other regions of the republic gathered in Lenin Square (now Azadlig Square), where a continuous mass rally began. The participants protested against the anti-Azerbaijani policies of the Soviet leadership, Armenia's territorial claims, and the unjust treatment of Azerbaijan. Gradually, the rally developed into a broad national movement that united representatives of various social groups. Calls for the protection of national interests, the restoration of historical justice, and the recognition of the Azerbaijani people's right to determine their own future independently were voiced in the square.
The events of November–December 1988 were of immense historical significance for Azerbaijan. They contributed to the awakening of national consciousness, strengthened the sense of national unity, and gave rise to a broad movement for freedom and independence. Gradually, the demands of the movement's participants went beyond the defense of the republic's territorial integrity and acquired a broader character, encompassing the idea of restoring independent Azerbaijani statehood.
On 17 November 1990, two years after the beginning of the popular movement, a session of the Supreme Council of the Nakhchivan Autonomous Republic was held under the chairmanship of Heydar Aliyev. During the session, the tricolor state flag of the Azerbaijan Democratic Republic was restored as the official flag of the autonomous republic. This event also became an important symbol of the revival of national statehood.
In 1992, 17 November was officially declared National Revival Day of Azerbaijan. Today, this date occupies a special place in the country's national calendar. It commemorates the courage, determination, and unity of the Azerbaijani people, who, during a difficult historical period, rose to defend their national identity, dignity, territorial integrity, and right to independent state development.
National Revival Day symbolizes the beginning of a new stage in the modern history of Azerbaijan and serves as a reminder that the people's aspiration for freedom and independence became one of the principal driving forces behind the restoration of Azerbaijani statehood in 1991.