Hörmətli əməkdaşlar və əziz tələbələr!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni 2026-cı il münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Hər birinizə möhkəm cansağlığı, firavan həyat, peşəkar fəaliyyətinizdə və təhsilinizdə davamlı uğurlar arzulayırıq!
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən bayram tədbiri M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayevanın təşəbbüsü və dəstəyi ilə təşkil olunmuşdur. Bayram tədbiri Baku Marriott Boulevard Hoteldə keçirilmişdir.
Tədbirdə Filialın professor-müəllim heyəti, əməkdaşları və tələbələri, eləcə də Rusiyadan Bakıya ezam olunan müəllimlər iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Filialın prorektoru Fərid Məmmədov M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayevanın adından tədbir iştirakçılarını salamlamış, bayram münasibətilə təbrik etmiş və rektorun səmimi təbrik və xoş arzularını çatdırmışdır.
Daha sonra akademik göstəriciləri ilə fərqlənən, qəbul zamanı 600-dən yüksək bal toplayan beş tələbəyə rektorluq tərəfindən noutbuklar hədiyyə edilmişdir.
Bayram proqramı əyləncəli və səmimi atmosferdə davam etmiş, iştirakçılar üçün xoş ovqat yaratmışdır. Tədbir iştirakçıları təşkilatdan məmnun qalmış, bayram əhval-ruhiyyəsi hər kəs tərəfindən yüksək qiymətləndirilmişdir.
Musiqi proqramının ifaçıları Fuad Musayev və Səbinə Babayeva olmuşdur.
Bir daha hər kəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı il münasibətilə təbrik edir, hamınıza uğurlu və bərəkətli bir il arzulayırıq!
Bayramınız mübarək!










