1918-ci ilin mart hadisələrindən 108 il ötür. Qəddarlığı və miqyasına görə bu faciə yalnız Azərbaycanın deyil, bütövlükdə bəşər tarixinin ən dəhşətli və ağrılı səhifələrindən biri kimi yadda qalmışdır.
1918-ci ildə erməni daşnak silahlı dəstələri və bolşeviklər tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə, Hacıqabul və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədilmişdir. Xüsusi amansızlıqla 70 mindən artıq dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar qətlə yetirilmiş, kəndlər yandırılmış, yaşayış məntəqələri viran qoyulmuş, minlərlə insan doğma yurd-yuvasından didərgin salınmışdır. Eyni zamanda milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscidlər və digər mədəni-tarixi abidələr dağıdılmışdır.
1918-ci il hadisələrinə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən rəsmi siyasi-hüquqi qiymət verilmişdir. AXC hökuməti yarandıqdan qısa müddət sonra qəbul etdiyi ilk qərarlar sırasında Fövqəladə Təhqiqat Komissiyasının yaradılmasını zəruri hesab etmişdir. Komissiyanın əsas vəzifəsi dinc əhaliyə qarşı törədilmiş zorakılıq faktlarını hərtərəfli araşdırmaq idi. 1918-ci ilin iyul ayında yaradılmış bu Komissiya bir il yarım ərzində müsəlman əhalinin kütləvi şəkildə məhv edilməsi və ona böyük maddi ziyan vurulması ilə bağlı son dərəcə zəngin materiallar toplamışdır. Dövlət orqanları tərəfindən toplanaraq qorunan bu sənədlər bu gün də yüksək hüquqi əhəmiyyətə malik olmaqla yanaşı, mühüm tarixi-siyasi və diplomatik dəyər daşıyır.
Azərbaycan dövləti mart soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu sahədə xüsusi xidmətlər ümummilli lider Heydər Əliyevə məxsusdur. Onun 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Mart faciəsinin qurbanlarının xatirəsi xalqımızın milli-tarixi yaddaşında əbədi yaşayacaqdır. Bu qanlı hadisələr Azərbaycan xalqının sarsılmaz iradəsini qıra bilməmiş, əksinə, onun azadlıq ideallarına və müstəqillik uğrunda mübarizə əzminə daha da güc vermişdir.
Azərbaycan xalqına qarşı törədilmiş bu faciənin qurbanlarını dərin hüzn və böyük ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Геноцид 31 марта - одна из самых трагических страниц истории человечества
Прошло 108 лет со дня мартовских событий 1918 года - трагедии, которая по своей жестокости и масштабам занимает особое место не только в истории Азербайджана, но и в истории человечества.
В 1918 году вооружённые формирования дашнаков и большевиков совершили массовые акты насилия против азербайджанского населения в Баку, Шамахе, Губе, Карабахе, Зангезуре, Нахчыване, Лянкяране, Гяндже, Гаджигабуле и других регионах. С особой жестокостью были уничтожены десятки тысяч мирных жителей - женщины, дети, пожилые люди. Были сожжены сёла, разрушены города, уничтожены школы, больницы, мечети и памятники архитектуры. Тысячи людей были изгнаны с родной земли, лишены крова и будущего.
Событиям 1918 года была дана официальная политико-правовая оценка Азербайджанской Демократической Республикой (АДР). Одним из первых решений её правительства стало создание Чрезвычайной следственной комиссии, призванной расследовать факты насилия в отношении мирного населения. Комиссия, учреждённая в июле 1918 года, в течение полутора лет собрала обширные и бесценные материалы, отражающие масштабы трагедии и причинённого ущерба. Эти документы, созданные государственными структурами, имеют не только высокую юридическую значимость, но и представляют особую историко-политическую и дипломатическую ценность.
Азербайджанское государство последовательно предпринимает шаги по донесению до мировой общественности правды о мартовских событиях 1918 года. Важную роль в этом процессе сыграл общенациональный лидер Гейдар Алиев. В соответствии с его указом от 26 марта 1998 года, 31 марта было объявлено Днём геноцида азербайджанцев.
Память о жертвах мартовской трагедии навсегда останется в историческом сознании азербайджанского народа. Эти события не сломили его дух, не поколебали стремление к свободе и независимости, а лишь укрепили решимость сохранять историческую правду и передавать её будущим поколениям.
С глубокой скорбью и искренним уважением чтим светлую память жертв этой трагедии.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!